...

Azərbaycanın əsas istehlakçılarının benzin və sürtkü yağları ehtiyatı artıb

Energetika Materials 23 İyun 2010 20:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyun /Trend/

1 iyun 2010-cu il tarixinə olan məlumata görə, Azərbaycanın əsas istehlakçılarının mazut ehtiyatı 338,2 min ton təşkil edib ki, bu da ötən ilin müvafiq dövr göstəricisində 0,9 faiz azdır. Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsindən bildiriblər.

İyunun 1-nə avtomobil benzini ehtiyatı 16,4 min ton olub ki, bu da 2009-cu ilin yanvar-may aylarında qeydə alınan göstəricidən 5,1 faiz çoxdur.

Əsas istehlakçıların dizel yanacağı ehtiyatı, iyunun 1-nə olan məlumata əsasən, 13,6 min ton təşkil edib ki, bu da ötən ilin yanvar-may aylarındakı göstəricidən 12,8 faiz azdır.

İstehlakçılarda sürtkü yağlarının ehtiyat həcmi 1,6 min ton olub ki, bu da 2009-cu ilin yanvar-mayında qeydə alınan göstəricidən 14,3 faiz çoxdur.

İstehlakçılarda yanvar-may aylarında daş kömür ehtiyatları 5,5 min ton olub ki, bu da ötən ilin analoji dövr göstəricisindən 5,7 faiz çoxdur.

Xəbər lenti

Xəbər lenti