...

"Azərenerji" enerji sistemlərinin sabit işini təmin etmək niyyətindədir

Energetika Materials 5 İyul 2010 15:50 (UTC +04:00)
"Azərenerji" ASC enerji sisteminin dayanıqlı və qənaətli işinin təmin edilməsi, elektrik stansiyalarında avadanlıqların təhlükəsiz fəaliyyətinin təşkili, güc məhdudiyyətinin aradan qaldırılması və su ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədi ilə konkret tədbirlər planını müəyyənləşdirib.
"Azərenerji" enerji sistemlərinin sabit işini təmin etmək niyyətindədir

Azərbaycan, Bakı, 5 iyul /Trend/

"Azərenerji" ASC enerji sisteminin dayanıqlı və qənaətli işinin təmin edilməsi, elektrik stansiyalarında avadanlıqların təhlükəsiz fəaliyyətinin təşkili, güc məhdudiyyətinin aradan qaldırılması və su ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədi ilə konkret tədbirlər planını müəyyənləşdirib. Bu barədə bazar etrəsi ASC-nin yayılan məlumatda deyilir.

Məlumatda qeyd olunduğuna görə, hazırlanan plana əsasən "Azərbaycan" İES-də enerji bloklarının təmiri aparılır. Bu, Azərbaycanın ən iri enerji müəssisələrindən biridir. Stansiya qrafikə uyğun işləyir və onun 1, 2, 6, 7 və 8-ci enerji bloklarının yenidən qurulması, 5-ci enerji blokunda əsaslı təmir aparılması, blokun idarəetmə və nəzarət sisteminin yeniləşdirilməsi, 3 və 4-cü enerji bloklarında isə planlı cari təmir işlərinin həyata keçirilməsi nəzərdə tutulub.

"Şirvan" İES-in enerji bloklarında turbinlərin yastıqlarında və kompressorlarda yağ sızmalarının qarşısının alınması, enerji bloklarında mazut püskürücülərinin buxarla yuyulması və stenddə yoxlanılması, turbinlərin və generatorların yağ soyuducularının təmizlənməsi və digər müvafiq tədbirlərin icrası da planlaşdırılıb.

Bundan başqa, qazanlarda qaz-mazut püskürücülərinin effektli işinin təmin edilməsi, enerji bloklarında kondensatorların su ilə doldurularaq kipliyinin yoxlanılması, enerji bloklarının qazanlarının kipləndirilməsi, qazanlarda impuls xətlərin və vericilərin izolyasiya olunması, stansiyanın buxar və mazut boru kəmərlərinin zədələnmiş istilik örtüyünün bərpa edilməsi və digər zəruri tədbirlər də nəzərdə tutulub.

Həyata keçirilən texniki tədbirlər hər iki stansiyanın dayanıqlı işini təmin etməyə yönəlib və bu tədbirlər qrafikə uyğun olaraq icra edilir.

Xəbər lenti

Xəbər lenti