...

ARDNŞ prezidenti Rövnəq Abdullayev şirkətin neft emalı zavodlarında olub

Energetika Materials 26 Avqust 2010 01:00 (UTC +04:00)
Avqustun 25-də ARDNŞ prezidenti Rövnəq Abdullayev Şirkətin neft emalı zavodlarında olmuşlar, şirkətin saytında yerləşən xəbərdə deyilir.
ARDNŞ prezidenti Rövnəq Abdullayev şirkətin neft emalı zavodlarında olub

Avqustun 25-də ARDNŞ prezidenti Rövnəq Abdullayev Şirkətin neft emalı zavodlarında olmuşlar, şirkətin saytında yerləşən xəbərdə deyilir.

İlk olaraq Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda olan ARDNŞ prezidenti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin büstü önünə tər çiçək dəstələri qoymuşdur. Rövnəq Abdullayev zavodun 43 saylı koks istehsalı qurğusunda yeni tətbiq olunmuş TDS 3000 avtomatik idarəetmə sistemi ilə tanış olmuş, sex rəhbərliyi və mütəxəssislərlə söhbət etmişdir. Sexdə idarəetmənin kompüterləşdirilməsi istiqamətində görülmüş işləri müsbət qiymətləndirmişdir. Katalitik krekinq qurğusunda olan Şirkət prezidenti qurğuda işləyən sex rəhbərliyi, mütəxəssis və işçiləri narahat edən məsələlərlə bağlı fikir mübadiləsi aparmışdır. 1976-cı ildə istismara buraxılmış ELOU-AVT-6 neftin ilkin emalı qurğusuna gələn ARDNŞ prezidenti burada görüləcək işlər barədə zavod rəhbərliyinə müvafiq göstərişlər vermişdir. ELOU-AVT-6 qurğusunda işləyən mütəxəssislərlə söhbət edən ARDNŞ prezidenti onlara fəaliyyətlərində müvəffəqiyyətlər arzulamışdır. Katalitik riforminq qurğusunda olan Şirkət rəhbəri burada işləyən mütəxəssislərin problemləri ilə maraqlanmış, onları maraqlandıran sualları cavablandırmışdır.

Sonra Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda ARDNŞ rəhbərliyinin iştirakı ilə müşavirə keçirilmişdir. ARDNŞ prezidenti Rövnəq Abdullayev görülən işləri qənaətbəxş qiymətləndirmiş, zavodda həyata keçirilən yenidənqurma və təmir-bərpa işləri ilə bağlı müvafiq tapşırıqlar vermişdir. Daha sonra "Azərneftyağ" Neft Emalı Zavoduna gələn Rövnəq Abdullayev zavodda görülən ekoloji işlərlə tanış olmuş, təmizləmə qurğularının işi ilə maraqlanmışdır. Burada 501 saylı motor və sənaye yağlarının hidrogenlərdən təmizlənməsi qurğusuna baxış keçirilmişdir. ARDNŞ prezidenti qurğuda idarəetmənin kompüterləşdirilməsi istiqamətində aparılan yenidənqurma işlərini müsbət dəyərləndirmişdir. Burada zavod rəhbərliyi və mütəxəssislərlə söhbət edən Rövnəq Abdullayev onlara görüləcək işlərlə bağlı müvafiq göstərişlər vermişdir.

Səfər zamanı ARDNŞ prezidenti Rövnəq Abdullayevi emal üzrə vitse-prezident David Məmmədov və Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezident Xalik Məmmədov müşayiət etmişlər.

Xəbər lenti

Xəbər lenti