...

Azərbaycanda 3 milyard dollar dəyərində yeni qaz kəməri çəkiləcək

Energetika Materials 30 Noyabr 2010 11:17 (UTC +04:00)
Bu gün BP şirkəti bəyan edib ki, yeni qaz kəməri Azərbaycanın iri qaz-kondensat yatağı olan "Şahdəniz"in tammiqyaslı işlənməsini nəzərdə tutan "Şahdəniz-2" layihəsi çərçivəsində ildə əlavə 16 milyard kubmetr qaz həcminin nəqli üçün tələb olunur.
Azərbaycanda 3 milyard dollar dəyərində yeni qaz kəməri çəkiləcək

Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir S.Əliyev/

Azərbaycandan artmaqda olan qaz həcmlərinin ixracının təmin olunması üçün 3 milyard dollar dəyərində yeni qaz kəməri çəkiləcək. Bu gün BP şirkəti bəyan edib ki, yeni qaz kəməri Azərbaycanın iri qaz-kondensat yatağı olan "Şahdəniz"in tammiqyaslı işlənməsini nəzərdə tutan "Şahdəniz-2" layihəsi çərçivəsində ildə əlavə 16 milyard kubmetr qaz həcminin nəqli üçün tələb olunur.

"BР Azerbaijan" şirkətinin prezidenti Rəşid Cavanşirin sözlərinə görə, yeni ixrac qaz kəmərinin uzunluğu 400 kilometr olacaq və Azərbaycan-Gürcüstan sərhədinədək çəkiləcək. Gürcüstan ərazisində iki güclü kompressor tikiləcək, yeni qaz kəməri mövcud Cənubi Qafqaz qaz kəmərinə (SCP) birləşdiriləcək. Bu kəmərdən indiyədək "Şahdəniz" yatağının işlənməsinin birinci mərhələsində qaz ixracı üçün istifadə olunub.

"Şahdəniz"in tammiqyaslı işlənməsi çərçivəsində qaz ixracının məcmu həcmi ildə 24 milyard kubmetr təşkil edəcək. Beləliklə, yanacağın nəqli iki qaz kəmərinin hesabına təmin olunacaq.

"Şahdəniz-2" layihəsi çərçivəsində ildə əlavə 16 milyard kubmetr qazın hasil olunması üçün iki dəniz platforması quraşdırılıb və 30 sualtı quyu qazılıb.

"Şahdəniz" yatağı üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilə iştirakçıları bunlardır: BP (operator) - 25,5%, Statoil - 25,5%, NICO - 10%, Total - 10%, LukAgip - 10%, TPAO - 9%, ARDNŞ - 10%. "Şahdəniz" yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir.

Hazırda qaz Gürcüstan və Türkiyəyə Cənubi Qafqaz qaz kəməri ilə nəql olunur.

Xəbər lenti

Xəbər lenti