...

Azərbaycanın "Şimal" elektrik stansiyası elektrik enerjisi istehsalını artırıb

Energetika Materials 30 Noyabr 2010 17:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 noyabr /Trend/

Yanvar-oktyabr aylarında "Şimal" İstilik Elektrik Stansiyası elektrik enerjisi istehsalını proqnozlaşdırılan 1,88 milyard kilovat-saata qarşı 1,9 milyard kilovat-saatdan çox artırıb. Bu barədə "Azərenerji" SC (Azərbaycanda elektrik enerjisinin istehsalı və paylanması) çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Məlumatda deyildiyi kimi, oktyabrda stansiya 167 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edib ki, bu da proqnozlaşdırılandan 2,4 milyon kilovat-saat çoxdur.

Qış mövsümünə hazırlıq çərçivəsində qaz turbinində yoxlama işləri planlaşdırılıb. Eləcə də 400 meqavat gücündə ikinci qaz turbininin tikintisi üzrə hazırlıq məqsədilə müvafiq tədbirlər görülür. Tikinti üçün ayrılan sahə köhnə tikili və aqreqatlardan təmizlənir.

Xəbər lenti

Xəbər lenti