Azərbaycan, Bakı, 7 yanvar /Trend/
Azərbaycanın daxili bazarında yanacağın qiymətinin qalxması barədə yayılan məlumatlar həqiqətəuyğun deyil. Bunu cümə günü axşam İqtisadi İnkişaf Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Abbas Əliyev deyib.
"Hazırda Tarif Şurasının gündəliyində enerjidaşıyıcıların qiymətinin qaldırılması məsələsi yoxdur", - Əliyev bildirib.
Azərbaycanda neft məhsullarının qiymətləri dövlət tərəfindən tənzimlənir. Son dəfə enerjidaşıyıcıların qiymətləri 2007-ci ilin əvvəllərində Tarif Şurası tərəfindən qaldırılmışdı.
Ölkədə neft məhsulları iki neft emalı zavodunda istehsal edilir. Hər iki zavod Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsusdur.