...

"Azneft" İB neft hasilatını artırıb

Energetika Materials 29 İyul 2011 11:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 iyul /Trend/

İlin birinci yarısında ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azneft" İstehsalat Birliyi proqnozlaşdırılan 3,5 milyon tona qarşı 3,57 milyon ton neft hasil edib. Bu barədə İB-nin icraçı direktoru Daşqın İsgəndərovun "Xalq qəzeti"ndə dərc olunan məqaləsində deyilir.

Onun sözlərinə görə, neftin satışı planı 0,5 faiz artıqlaması ilə yerinə yetirilib, müvafiq olaraq ilin birinci yarısında 3,56 milyon tondan artıq neft təhvil verilib.

İyulun 1-nə İB-nin ümumi istismar fondunda 5 659 quyu var ki, bunun 5 548-i neft və 111-i qaz quyusudur.

Ümumi istismar fondundakı quyuların 4417-si fəaliyyətdə olan quyulardır ki, onlardan da 4319-dan neft, 98-dən isə qaz hasil edilir. Fonda daxil olan fəaliyyətsiz 1218 quyunun 1207-si neft, 11-i isə qaz quyusudur.

İsgəndərovun sözlərinə görə, hazırda 22 neft və iki qaz quyusu mənimsənilmə mərhələsindədir.

Xəbər lenti

Xəbər lenti