...

Bakının enerji operatoru elektrik enerjisinin alışını artırıb

Energetika Materials 6 Yanvar 2012 15:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 yanvar /Trend, müxbir E.İsmayılov/

Ötən ilin yanvar-noyabr aylarında "Bakıelektrikşəbəkə" ASC (Bakıda elektrik enerjisinin satışı və paylanması) "Azərenerji" ASC-dən (Azərbaycan regionlarında elektrik enerjisinin istehsalı və paylanması) 7,36 milyard kilovat-saat elektrik enerjisi alıb. Bu göstərici 2010-cu ilin yanvar-noyabrında 7,2 milyard kilovat-saatdan çox olub. Trend-in məlumatına görə, bu barədə cümə günü SC-nin saytında yerləşdirilmiş məlumatda deyilir.

2010-cu ildə "Bakıelektrikşəbəkə" ASC 7,92 milyard kilovat-saata yaxın elektrik enerjisi alıb. Bu göstərici 2009-cu ildə 8,1 milyard kilovat-saata yaxın olub.

"Azərenerji" ASC-dən alınan elektrik enerjisinə görə yanvar-noyabrda "Bakıelekrikşəbəkə"nin ödənişlərinin həcmi orta hesabla 92,5 faiz təşkil edib. Bu göstərici 2010-cu ilin yanvar-noyabrda 88,14 faiz olub.

2010-cu ildə bu göstərici orta hesabla 96,2 faiz, 2009-cu ildə isə 84,44 faiz təşkil edib.

Xəbər lenti

Xəbər lenti