...

Azərbaycan Dövlət Neft Fondunun aktivləri 33 milyard dollara çatıb

Energetika Materials 19 Sentyabr 2012 15:09 (UTC +04:00)
Hazırda Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 33 milyard dollar təşkil edir.
Azərbaycan Dövlət Neft Fondunun aktivləri 33 milyard dollara çatıb

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir E.İsmayılov/

Hazırda Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 33 milyard dollar təşkil edir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov "Neft, qaz və media" konfransının gedişində bildirib.

"Dövlət Neft Fondu yaradıldığı zaman, yəni 1999-cu ildə onun aktivləri 271 milyon dollar təşkil edirdi, lakin aktivlərin hazırkı həcmi nəhəng artımın göstəricisidir", - Mövsümov deyib.

Onun sözlərinə görə, Neft Fondunun yaradılması üç əsas məqsəd daşıyırdı. İqtisadi stabillik, karbohidrogenlərdən vəsaitlərin akkumulyasiyası və şok effektindən qaçmaq üçün onların iqtisadiyyata tədricən təsiri bu məqsədlərin sırasındadır.

Mövsümov bildirib ki, Fondun başqa məqsədləri karbohidrogenlərdən gələn vəsaitlərin gələcək nəsillər üçün saxlanması və hazırkı nəslin infrastruktur, təhsil və sosial layihələrə investisiyaların qoyulması yolu ilə təmin olunmasıdır.

2012-ci il yanvarın 1-nə olan vəziyyətə görə, Fondun aktivləri ötən ilin əvvəlinə (22 766,8 milyard ABŞ dolları) nisbətən 30,9% artaraq 29,8 milyard ABŞ dolları təşkil edib.

2012-ci ilin birinci yarısında ARDNF-in vəsaitləri 9,6 faiz artaraq 32 666 milyon dollar təşkil edib.

2012-ci ilin yekunları üzrə proqnozlara görə, ARDNF-in aktivləri 34 milyard dollara çatacaq.

Xəbər lenti

Xəbər lenti