...

Azərbaycanda qaz istehlakı artıb

Energetika Materials 25 Sentyabr 2012 14:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbir E.İsmayılov/

Sentyabrın 25-nə olan vəziyyətə görə, Azərbaycanda əhaliyə verilən qazın gündəlik həcmi 4,9 milyon kubmetr təşkil edib. Bu rəqəm avqustun 28-də 4,52 milyon kubmetr olub. Bu barədə çərşənbə axşamı Trend-ə ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyindən bildirilib.

Əhaliyə gündəlik verilən qazın ümumi həcmindən 3 milyon kubmetr Bakının payına düşür.

"Başqa regionlarda əhaliyə gündəlik qaz satışı 1,9 milyon kubmetr səviyyəsindədir", - İB-dən bildirilib.

"Azəriqaz"dan deyilib ki, satılan qaz həcmləri tələbatla müəyyən edilir və istehlakçıların tələbatını tam ödəyir.

Xəbər lenti

Xəbər lenti