Azərbaycan, Bakı, 23 noyabr / Trend, müxbir E.Tariverdiyeva /
Azərbaycan Parlamentinin Trans Anadolu qaz kəməri (TANAP) sazişini ratifikasiya etməsi ölkənin öz qazını Avropaya çatdırması qərarını göstərir. Bu barədə Aİ-nin energetika üzrə komissarı Günter Ottinger bəyan edib. Trend-in məlumatına görə, bu barədə Aİ-nin Bakı Nümayəndəliyinin cümə günü yaydığı bəyanatda deyilir.
"Bu boru kəməri qazın sonradan Avropa İttifaqının daxilində azad daşınması üçün Avropanın sərhədinə çatacağını bildirəcək. Avropa İttifaqının energetika bazarında Azərbaycanı və ARDNŞ-ni salamlamaq mənim üçün çox xoşdur", - Ottinger deyib.
Bu həftə Milli Məclis Türkiyəyə və bu ölkənin ərazisi vasitəsilə qazın nəql edilməsi üçün müstəqil qaz kəmərinin tikintisi haqqında sazişi, həmçinin Azərbaycan və Türkiyə hökumətləri arasında TANAP sistemi üzrə sazişləri təsdiqləyib.