...

ARDNŞ və "Total" Azərbaycanda hasil olunan təbii qazın nəqli məsələlərini müzakirə ediblər

Energetika Materials 15 Yanvar 2013 18:10 (UTC +04:00)
ARDNŞ prezidenti Rövnəq Abdullayev "Total E&P"-nin Kontinental Avropa və Mərkəzi Asiya üzrə baş vitse-prezidenti Maykl Borrel və "Total-Azərbaycan" şirkətinin baş meneceri Kristian Qyudiçelli ilə görüşüb.
ARDNŞ və "Total" Azərbaycanda hasil olunan təbii qazın nəqli məsələlərini müzakirə ediblər

Azərbaycan, Bakı, 15 yanvar /Trend/

ARDNŞ prezidenti Rövnəq Abdullayev "Total E&P"-nin Kontinental Avropa və Mərkəzi Asiya üzrə baş vitse-prezidenti Maykl Borrel və "Total-Azərbaycan" şirkətinin baş meneceri Kristian Qyudiçelli ilə görüşüb.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, Borrel yeni ildə Azərbaycan neft-qaz sənayesinin daha böyük uğurlar qazanacağına əminliyini bildirib. Görüşdə "Şahdəniz" yatağının işlənilməsinin 2-ci fazasına hazırlıq işləri, Azərbaycanda hasil olunan təbii qazın nəqli məsələləri və bu çərçivədə TANAP layihəsi, habelə "Abşeron" yatağının işlənilməsi konsepsiyası üzrə ilkin baxışlar ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tərəflər görülən işlərdən razılıq ifadə edib, qarşıda duran vəzifələrdən danışıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti