...

Azərbaycanın enerji operatoru apreldə elektrik enerjisinin istehsalını artırıb

Energetika Materials 6 May 2013 16:01 (UTC +04:00)
"Azərenerji" ASC yanvar-aprel aylarında təqribən 7,8 milyard kilovat-saat elektrik enerjisi istehsal edib.
Azərbaycanın enerji operatoru apreldə elektrik enerjisinin istehsalını artırıb

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir E.İsmayılov/

"Azərenerji" ASC yanvar-aprel aylarında təqribən 7,8 milyard kilovat-saat elektrik enerjisi istehsal edib. 2012-ci ilin müvafiq dövründə isə bu göstərici 8 milyard kilovat-saat təşkil edib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Azərenerji" ASC-nin yaydığı məlumatda deyilir.

Məlumata görə, ASC aprel ayında təqribən 1,8 milyard kVt/saat elektrik enerjisi istehsal edib. Ötən ilin analoji dövründə bu rəqəm 1,6 milyard kVt/saat olub.

Aprel ayında, həmçinin qonşu ölkələrlə planlaşdırılmış elektrik enerjisi verilişi davam etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti