...

ARDNŞ Gürcüstanda sosial layihələrini davam etdirir

Energetika Materials 20 İyun 2013 14:37 (UTC +04:00)
Memorandum çərçivəsində ARDNŞ 2013-cü ilin sonuna kimi Gürcüstandakı bütün uşaq evlərinin qaz və elektrik enerjisi xərclərini öz üzərinə götürür.
ARDNŞ Gürcüstanda sosial layihələrini davam etdirir

Azərbaycan, Bakı, 20 iyun /Trend/

İyunun 18-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ilə Gürcüstanın Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi arasında Əməkdaşlıq Memorandumu imzalanmışdır. Bu barədə cümə axşamı şirkətdən daxil olan məlumatda deyilir.

Sənədi ARDNŞ-in Gürcüstandakı nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və Gürcüstanın əmək, səhiyyə və sosial müdafiə naziri David Sergeyenko imzalamışlar.

Memorandum çərçivəsində ARDNŞ 2013-cü ilin sonuna kimi Gürcüstandakı bütün uşaq evlərinin qaz və elektrik enerjisi xərclərini öz üzərinə götürür.

Ölkədə 44 uşaq evi var və onların qaz və elektrik enerjisi ilə illik təminatı təxminən 190 000 lari (115 000 ABŞ dolları) məbləğindədir.

Korporativ sosial məsuliyyət və xeyriyyəçilik sahəsində xüsusi fərqlənən ARDNŞ Gürcüstanın Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi ilə 2011-ci il oktyabrın 13-də də analoji memorandum imzalamışdı. Həmin sənədə əsasən 2012-ci ilin sonuna qədər 18 uşaq evinin qaz və elektrik enerjisi xərcləri ödənilmişdi. Bu layihəyə 89,233.66 lari (55 000 ABŞ dolları) sərf olunmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti