...

"Darvin bankası" yatağında 3 yeni quyu qazılır

Energetika Materials 26 İyul 2013 16:54 (UTC +04:00)
“Darvin bankası” yatağındakı 670 nömrəli özüldən 671 nömrəli quyuda qazma işləri davam etdirilir.
"Darvin bankası" yatağında 3 yeni quyu qazılır

Azərbaycan, Bakı, 26 iyul /Trend/

"Darvin bankası" yatağındakı 670 nömrəli özüldən 671 nömrəli quyuda qazma işləri davam etdirilir.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, qirməki altı lay dəstəsinə qazılan quyunun layihə dərinliyi 1470 metrdir. Yataqdakı 620 nömrəli özüldən qirməki lay dəstəsinə qazılan 690 nömrəli quyunun layihə dərinliyi 1440 metrdir. 720 nömrəli özüldən 834 nömrəli quyunun da qazma işləri davam etdirilir. Qirməki altı lay dəstəsinə qazılan quyunun layihə dərinliyi 1500 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyuların hər birindən sutkada 6 ton neft hasil olunacağı nəzərdə tutulur.

Qeyd edək ki, quyularda qazma işləri "Neft Daşları" NQÇİ-nin sifarişi ilə "Neft Daşları" Qazma İşləri İdarəsi tərəfindən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti