...

ARDNŞ: TAP-ın seçilməsi Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılmasının birinci mərhələsini yekunlaşdıracaq

Energetika Materials 19 Sentyabr 2013 12:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir E.İsmayılov/

Trans Anadolu qaz boru kəməri (TANAP) Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayacaq.

Trend-in məlumatına görə, bu barədə ARDNŞ-in (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) geologiya, geofizika və yataqların işlənməsi üzrə vitse-prezidenti Xoşbəxt Yusifzadənin cümə axşamı "Respublika" qəzetində dərc olunan məqaləsində bildirilib.

Məqalədə deyilir ki, qaz boru kəmərinin tikintisinə 2014-cü ildə başlamaq, 2017-cü ildə isə yekunlaşdırmaq planlaşdırır.

Məqalədə bildirilir ki, bu ilin iyun ayında Trans Adriatik boru kəməri (TAP) Azərbaycana məxsus "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi üzrə konsorsium tərəfindən Azərbaycan qazının Avropaya nəqli üçün marşrut kimi seçilib. Qaz boru kəmərinin istismara verilməsi 2019-cu ildə nəzərdə tutulub.

Yusifzadə vurğulayıb: "TAP intensiv seçim prosesi nəticəsində seçilib və bu seçim "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılmasının birinci mərhələsini yekunlaşdıracaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti