...

"Darvin bankası" yatağında yeni quyular qazılır

Energetika Materials 9 Yanvar 2014 19:43 (UTC +04:00)
Kompleks Qazma İşləri Tresti “Abşeronneft” NQÇİ-nin sifarişi ilə “Darvin bankası” yatağında 3 yeni quyunun qazılmasına başlayıb.
"Darvin bankası" yatağında yeni quyular qazılır

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 9 yanvar /Trend/

Kompleks Qazma İşləri Tresti "Abşeronneft" NQÇİ-nin sifarişi ilə "Darvin bankası" yatağında 3 yeni quyunun qazılmasına başlayıb.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, yataqdakı 670 nömrəli meydançadan Qirməki Lay Dəstəsinə qazılan 672 nömrəli quyunun layihə dərinliyi 1520 metr, 620 nömrəli meydançadan Qirməki Lay Dəstəsinə qazılan 693 nömrəli quyunun layihə dərinliyi 1320 metr, 720 nömrəli meydançadan Qirməki Altı Lay Dəstəsinə qazılan 835 nömrəli quyunun layihə dərinliyi isə 1475 metrdir.

Geoloqların hesablamalarına görə, quyuların hər birindən sutkada 5 ton neft hasil ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti