...

"Neft Daşları" yatağında 3 yeni quyu qazılır

Energetika Materials 13 Fevral 2014 16:37 (UTC +04:00)
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, Kompleks Qazma İşləri Tresti “Neft Daşları” yatağında 3 yeni quyuda qazma işlərinə başlayıb. 2521 nömrəli özüldən Qala Lay Dəstəsinə qazılan 2239 nömrəli quyunun layihə dərinliyi 1500 metrdir. Yataqdakı 2150 nömrəli özüldən Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılan 2150 nömrəli quyunun layihə dərinliyi isə 1660 metrdir.
"Neft Daşları" yatağında 3 yeni quyu qazılır

Azərbaycan, Bakı, 13 fevral /Trend/

"Neft Daşları" yatağında 3 yeni quyu qazılır.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, Kompleks Qazma İşləri Tresti "Neft Daşları" yatağında 3 yeni quyuda qazma işlərinə başlayıb. 2521 nömrəli özüldən Qala Lay Dəstəsinə qazılan 2239 nömrəli quyunun layihə dərinliyi 1500 metrdir. Yataqdakı 2150 nömrəli özüldən Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılan 2150 nömrəli quyunun layihə dərinliyi isə 1660 metrdir.

418A nömrəli özüldəki 2610 nömrəli quyuda da qazma işləri davam etdirilir. Qala Lay Dəstəsinə qazılan həmin quyunun layihə dərinliyi 1070 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyuların hər birindən sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.

Qeyd edək ki, quyularda qazma işləri "Neft Daşları" NQÇİ-nin sifarişi ilə həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti