...

"Pirallahı adası-quru" yatağında yeni quyular qazılır

Energetika Materials 30 İyul 2014 18:25 (UTC +04:00)
Kompleks Qazma İşləri Tresti “Pirallahı adası-quru” yatağında 2 yeni quyuda qazma işlərinə başlayıb.
"Pirallahı adası-quru" yatağında yeni quyular qazılır

Azərbaycan, Bakı, 30 iyul /Trend/

Kompleks Qazma İşləri Tresti "Pirallahı adası-quru" yatağında 2 yeni quyuda qazma işlərinə başlayıb.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, 1173 nömrəli quyunun layihə dərinliyi 690, 1175 nömrəli quyunun layihə dərinliyi isə 820 metrdir.

Qeyd edək ki, "Abşeronneft" NQÇİ-nin sifarişi ilə Qirməki Altı Lay Dəstəsinə qazılan quyuların hər birindən sutkada 4 ton neft hasil ediləcəyi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti