...

Azərbaycanda istehsalı optimallaşdırmaq lazımdırmı?

Energetika Materials 26 Dekabr 2014 10:23 (UTC +04:00)
ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) iki neft emalı müəssisəsinin birləşdirilməsini müxtəlif baxımdan qiymətləndirmək olar.
Azərbaycanda istehsalı optimallaşdırmaq lazımdırmı?

Rus xəbərlər xidməti

Emil İsmayılov - Trend:

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) iki neft emalı müəssisəsinin birləşdirilməsini müxtəlif baxımdan qiymətləndirmək olar.

Qabaqcadan demək istəyirəm ki, bu məqalədə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu ilə birləşdiriləcək "Azneftyağ" zavodunun əməkdaşlarının sosial müdafiəsinin təmin edilməsinin zəruriliyi şübhə altına qoyulmur. Amma məsələnin başqa tərəfi də var. Hər iki NEZ artıq 60 ildən artıqdır ("Azneftyağ" daha çox) fəaliyyət göstərir. Həmin müəssisələrdə quraşdırılan avadanlıqlar modernləşdirilsə də, onların əksəriyyəti mənəvi və fiziki baxımdan köhnəlib. Bu gün həmin zavodların vəzifəsi yeni neft emalı kompleksi tikilənə qədər ölkəni neft məhsulları ilə təmin etməkdir. Yəni zavodların ləğv edilməsi zaman məsələsidir. Həmçinin, qeyd etməyə dəyər ki, "Azneftyağ" yalnız bitum istehsal edir.

ARDNŞ öz addımını nə ilə izah edir? İstehsalın optimallaşdırılması ilə.

Dünya neft bazarında indiki mürəkkəb vəziyyətin hökm sürdüyü bir vaxtda çeviklik və uyğunlaşma qabiliyyəti istənilən böyük beynəlxalq neft-qaz şirkətinin qarşısında duran əsas məsələdir.

Ekologiya məsələsi də əhəmiyyətlidir. Köhnə zavodları modernləşdirmək və buna milyardlarda vəsait xərcləmək olar. Lakin bu, heç vaxt ətraf mühitin çirklənməsi məsələsini həll etməyəcək. Bu mənada Bakının hüdudlarından kənarda müasir avadanlıqlarla təchiz edilmiş yeni kompleksin yaradılması daha perspektivlidir.

NEZ-lərin birləşdirilməsi zamanın tələbidir və eyni zamanda, strukturların optimallaşdırılması məsələsinin həllinə imkan verir, eləcə də emal prosesinin mərkəzləşdirilməsini, ölkənin yanacağa artan tələbatını təmin edir. Bundan başqa, "Azneftyağ"ın hələ 2018-2019-cu illərdə bağlanacağını da nəzərə almaq lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti