...

Avropa Komissiyası ARDNŞ ilə Yunanıstanın DESFA şirkəti arasında sazişə yenidən baxılmasını dayandırıb

Energetika Materials 4 Fevral 2015 13:29 (UTC +04:00)
Avropa Komissiyasının Rəqabət üzrə Direktorluğu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Yunanıstanın DESFA qaz nəqli operatorunda 66 faizlik iştirak payını almasına dair müqaviləyə yenidən baxılmasını müvəqqəti dayandırıb.
Avropa Komissiyası ARDNŞ ilə Yunanıstanın DESFA şirkəti arasında sazişə yenidən baxılmasını dayandırıb

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir Emil İsmayılov/

Avropa Komissiyasının Rəqabət üzrə Direktorluğu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Yunanıstanın DESFA qaz nəqli operatorunda 66 faizlik iştirak payını almasına dair müqaviləyə yenidən baxılmasını müvəqqəti dayandırıb. Bu barədə Trend Reuters-ə istinadən məlumat verib.

Bir müddət əvvəl sənədə martın 23-dək baxılacağı xəbər verilsə də, hazırda prosedurun son müddəti aprelin 22-dək uzadılıb.

Avropa İttifaqının Antiinhisar idarəsi noyabrın 5-də xəbər yayıb ki, ARDNŞ tərəfindən Yunanıstanın qaz nəqli operatoru DESFA-nın səhmlərinin alınması üzrə hazırlanan sövdələşmə ilə bağlı müvafiq yoxlamalar başlayıb. Avropalı məmurlar Yunanıstanın qaz bazarında rəqabətin azalacağından ehtiyat edirlər.

Qeyd etmək lazımdır ki, yanvarda Yunanıstanda hakimiyyətə yeni hökumət gəlib. Yunanıstanın energetika naziri Panayotis Lafazanisin bəyanatına görə, Yunanıstan tərəfi Avropa Komissiyasının qərarından sonra bu sazişlə bağlı gələcək addımlarını müəyyən edəcək.

ARDNŞ DESFA şirkətinin səhmlərinin üçdə ikisini 400 milyon avroya almaq niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti