...

"Pirallahı adası"nda yeni quyular qazılır

Energetika Materials 23 Fevral 2015 16:13 (UTC +04:00)
Kompleks Qazma İşləri Tresti “Pirallahı adası” yatağında 2 yeni quyuda qazma işlərinə başlayıb.
"Pirallahı adası"nda yeni quyular qazılır

Azərbaycan, Bakı, 23 fevral /Trend/

Kompleks Qazma İşləri Tresti "Pirallahı adası" yatağında 2 yeni quyuda qazma işlərinə başlayıb.

Trend ARDNŞ-nin saytına istinadən məlumat verir ki, 1180 nömrəli quyunun layihə dərinliyi 700 metr, 1142 nömrəli quyunun layihə dərinliyi isə 850 metrdir.

Qeyd edək ki, "Abşeronneft" NQÇİ-nin sifarişi ilə Qirməki Altı Lay Dəstəsinə qazılan quyuların hər birindən sutkada 4 ton neft hasil ediləcəyi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti