Azərbaycan, Bakı, 17 avqust /Trend, müxbir Maksim Tsurkov/
"SOCAR Energy Ukraine" Ticarət evinin rəhbəri Vladimir Bıçkovun şirkəti tərk etdiyi bildirilir. Bu barədə Trend-ə "SOCAR Energy Ukraine"nın mətbuat xidmətindən məlumat veriblər.
V.Bıçkovun şirkətdən getməsinin səbəbləri barədə təfərrüatlar açıqlanmır.
V.Bıçkov "SOCAR Ukraine"da 2009-cu ildə Tala Nafta yanacaqdoldurmalarının (Nikolayev və Odessa vilayətlərində 20-yə yaxın yanacaqdoldurma məntəqəsi) Azərbaycan şirkəti tərəfindən alınmasından sonra fəaliyyətə başlayıb.
Məhz bu şəbəkə ilə SOCAR Ukraynanın pərakəndə bazarında işə başlayıb.
Hazırda SOCAR-ın Ukraynada 52 yanacaqdoldurma məntəqəsi var. Şirkət 2015-ci ilin sonunadək bu məntəqələrin sayını 60-a çatdırmaq niyyətindədir.
Dövlət Neft Şirkəti Azərbaycanda yeganə neft məhsulları istehsalçısıdır. Azərbaycan, Gürcüstan, Ukrayna, Rumıniya və İsveçrədə yanacaqdoldurma məntəqələrinin sahibidir.
2014-cü ildə şirkət Azərbaycandan 1,2 milyon ton neft məhsulu ixrac edib. 2013-cü ildə bu rəqəm 1,05 milyon ton təşkil edib.