...

SOCAR: İrandan Gürcüstana qaz tədarükü ehtimalı Tehran üçün iqtisadi deyil, siyasi xarakter daşıyacaq

Energetika Materials 7 Yanvar 2016 13:26 (UTC +04:00)

Bakı. Maksim Tsurkov - Trend:

İrandan Gürcüstana qaz tədarükü ehtimalı Tehran üçün iqtisadi deyil, siyasi xarakter daşıyacaq. Trend-in məlumatına görə, bunu ANS telekanalına müsahibəsində SOCAR-ın Sərmayələr İdarəsinin rəhbəri Vaqif Əliyev deyib.

Onun sözlərinə görə, hər bir dövlət öz enerji siyasətini müstəqil şəkildə müəyyənləşdirir: "SOCAR-ın Gürcüstanda çox güclü mövqeləri var. Son 5 ildə SOCAR Gürcüstanda vergi ödəyicisinə çevrilib və bu status çox güman ki, 2015-ci ildə də qorunub. Gürcüstan və Azərbaycan arasında 2030-cu ilədək qaz tədarükləri barədə saziş imzalanıb. Biz bu ölkəyə təbii qazın əsas tədarükçüsüyük. Bundan başqa, Tbilisi Rusiyadan öz ərazisindən Ermənistana qaz nəqlinə görə tranzit ödənişləri alır".

V.Əliyev bildirib: "Gürcüstan bazarının İran üçün nə qədər vacib oldması üzərində düşünmək lazımdır. Burada söhbət daha çox iqtisadi deyil, siyasi səmərədən gedə bilər".



Məqalədə:
Xəbər lenti

Xəbər lenti