Bakı. Maksim Tsurkov - Trend:
Albaniya Prezidenti Buyar Nişani Transadriatik boru kəmərinin (TAP) tikintisi layihəsinin müəyyən edilmiş vaxtda reallaşacağına inanır. Bu barədə Trend Albaniya mətbuatına istinadən məlumat verir.
B.Nişani tikinti üçün boruların hazırda çatdırıldığı əraziyə baş çəkib.
O bildirib ki, bu, Tirananın Avropanın enerji qovşağına çevrilməsi üçün böyük imkandır.