...

Rumıniyada daha bir SOCAR YDM-i (FOTO)

Energetika Materials 6 İyun 2016 18:13 (UTC +04:00)
İyunun 6-da Piteşti şəhərində “SOCAR” brendi ilə növbəti yanacaqdoldurma məntəqəsi istifadəyə verilib.
Rumıniyada daha bir SOCAR YDM-i (FOTO)

Bakı. Trend:

İyunun 6-da Piteşti şəhərində "SOCAR" brendi ilə növbəti yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, Nano 95, Nano Dizel və Nano Super Dizel tipli yanacaq məhsulları satışının həyata keçiriləcəyi məntəqədə 4 avtonəqliyyat vasitəsi və 2 iritutumlu yük maşınının eyni vaxtda yanacaqla təmin edilməsinə imkan verən 3 sayğac quraşdırılıb. Digər yanacaqdoldurma məntəqələrində olduğu kimi, burada ənənəvi Azərbaycan məhsulları, sürücülərə lazım olan avtomobil aksesuarları, "Roviniete" də (yol vergisi) daxil olmaqla bir sıra ödənişlərinin edilməsi üçün xüsusi avadanlıqlar quraşdırılıb.

Bununla da Rumıniyada "SOCAR" brendi altında fəaliyyət göstərən YDM-lərin sayı 34-ə çatıb.

Qeyd edək ki, SOCAR Rumıniyanın artıq 17 regionunda - Botoşan, Suçeava, Nyamts, İaşi, Bihor, Buzau, Bakau, Vrancea, Timiş, İlfov, Kluj, Valcea, Arad, Bistritsa-Nasaud, Sibiu, Buxarest və Argeşdə yanacaqdoldurma məntəqələrinə malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti