...

Azərbaycanda benzin idxalı üzrə gömrük rüsumu ləğv edilib (YENİLƏNİB)

Energetika Materials 17 Avqust 2016 18:38 (UTC +04:00)
92 oktanlı benzin üçün gömrük rüsumu 15 faizdən 0 faizə endirilib.
Azərbaycanda benzin idxalı üzrə gömrük rüsumu ləğv edilib (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycan Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” 2001-ci il 19 yanvar tarixli 20 nömrəli qərarında dəyişiklik edib.

Trend-in Kabinetə istinadən verdiyi məlumata görə, dəyişikliyə əsasən, ölkəyə idxal olunan bəzi mallar üçün aksiz vergisi azaldılıb.

Belə ki, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə mühərrik benzinlərinin hər 1 tonu üçün aksiz vergisi 200 manatdan 1 manata endirilib. Qərar avqustun 16-dan etibarən qüvvəyə minib və 60 gün müddətində qüvvədədir.

Nazirlər Kabineti, həmçinin “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarında da dəyişiklik edib. Dəyişikliyə əsasən, 92 oktanlı benzin üçün gömrük rüsumu 15 faizdən 0 faizə endirilib. Bu qərar da avqustun 16-dan etibarən qüvvəyə minib və 60 gün müddətində qüvvədədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti