...

Natiq Əliyev Türkiyəyə səfər edəcək

Energetika Materials 3 Aprel 2017 12:29 (UTC +04:00)
XX Avrasiya İqtisadi Sammiti keçiriləcək.
Natiq Əliyev Türkiyəyə səfər edəcək

Bakı. Maksim Tsurkov - Trend:

Aprelin 5-6-da Türkiyənin İstanbul şəhərində Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə XX Avrasiya İqtisadi Sammiti keçiriləcək.

Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycan Prezidentinin tapşırığı ilə energetika naziri Natiq Əliyev də iştirak edəcək.

N.Əliyevin “Davamlı Enerji, Telekommunikasiya, Nəqliyyat və İqtisadi İnkişafda tələb - təklifin tarazlıq statusu: əsas oyunçu və fiqurlar” adlı sessiyada çıxışı nəzərdə tutulub.

Xatırladaq ki, energetika naziri 2015-ci ildə XVIII Avrasiya İqtisadi Sammiti çərçivəsində Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin "Şərəf" medalı ilə təltif edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti