...

Gürcüstanın Baş naziri: "Azəri-Çıraq-Günəşli" üzrə sazişin uzadılması tarixi hadisədir

Energetika Materials 14 Sentyabr 2017 12:53 (UTC +04:00)
“Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun işlənməsi üzrə sazişin 2050-ci ilədək uzadılması tarixi hadisədir.
Gürcüstanın Baş naziri: "Azəri-Çıraq-Günəşli" üzrə sazişin uzadılması tarixi hadisədir

Bakı. Azad Həsənli - Trend:

“Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun işlənməsi üzrə sazişin 2050-ci ilədək uzadılması tarixi hadisədir.

Trend-in məlumatına görə, bu, “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun işlənməsi üzrə yeni sazişin imzalanması mərasimində Gürcüstanın Baş naziri Georgi Kvirikaşvilinin ölkənin energetika naziri İlya Eloşvili tərəfindən oxunan məktubunda bildirilib.

Baş nazir bu sazişin əhəmiyyətini qeyd edib və əlavə edib ki, bu cür enerji layihələri yoxsulluğu azaltmaq və vətəndaşların rifah səviyyəsini artırmağa imkan verir.

O bildirib ki, yeni saziş Azərbaycanla Gürcüstan arasında münasibətlərin inkişafına xidmət edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti