Bakı. Maksim Tsurkov – Trend:
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 14-də 64,7 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 1,01 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti fevralın 14-də 64,08 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti fevralın 14-də 59,86 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,86 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə fevralın 14-də 62,47 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,85 dollar/barel çoxdur.