...

TAP konsorsiumu İtaliya hökuməti ilə sıx əməkdaşlığı davam etdirəcək (ÖZƏL)

Energetika Materials 8 İyun 2018 18:29 (UTC +04:00)
Transadriatik qaz kəmərinin (TAP) tikintisi üzrə konsorsium İtaliya hökuməti ilə sıx əməkdaşlığı davam etdirəcək
TAP konsorsiumu İtaliya hökuməti ilə sıx əməkdaşlığı davam etdirəcək (ÖZƏL)

Bakı. Ləman Zeynalova – Trend:

Transadriatik qaz kəmərinin (TAP) tikintisi üzrə konsorsium İtaliya hökuməti ilə sıx əməkdaşlığı davam etdirəcək.

Bunu Trend-ə TAP-ın əlaqələr bölməsinin rəhbəri Liza Givert deyib.

O bildirib ki, İtaliya vətəndaşlarına və ölkədəki müəssisələrə bu layihənin məşğulluq, gəlirlər və təbii qaz qiymətlərinin ucuzlaşması baxımından vacibliyini çatdırmaq lazımdır.

Qeyd edək ki, bir müddət əvvəl İtaliyanın ətraf mühit naziri Serco Kosta ölkənin bu layihədə iştirakının təkrar nəzərdən keçiriləcəyini bildirmişdi.

Daha əvvəl TAP konsorsiumu qeyd etmişdi ki, İtaliyada istehlak olunan qazın 90 faizə yaxını idxal hesabına təmin olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti