...

Günter Ottinger: “Cənub Qaz Dəhlizi” Aİ üçün strateji vacib layihədir

Energetika Materials 20 Fevral 2019 15:53 (UTC +04:00)
“Cənub Qaz Dəhlizi” Avropa İttifaqı üçün strateji vacib layihədir
Günter Ottinger: “Cənub Qaz Dəhlizi” Aİ üçün strateji vacib layihədir

Bakı. Sara İsrafilbəyova - Trend:

“Cənub Qaz Dəhlizi” Avropa İttifaqı (Aİ) üçün strateji vacib layihədir.

Trend-in məlumatına görə, bunu Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı Günter Ottinger Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında deyib.

G.Ottinger qeyd edib ki, artıq “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində Türkiyəyə qaz tədarükü başlayıb. O ümidvar olduğunu bildirib ki, layihənin son halqası Trans-Adriatik boru kəməri (TAP) 2019-2020-ci illərdə işə düşəcək.

Bakıda keçirilən konfransın vacibliyini vurğulayan G.Ottinger Niderlandı nümunə gətirərək Avropada hər il qaz həcminin azaldığını deyib:

“Biz qaz tədarükü bazarını şaxələndirməliyik, “Cənub Qaz Dəhlizi” isə yeni, strateji cəhətdən vacib marşrutdur”.

Avrokomissar əlavə edib ki, növbəti 10 il ərzində “Cənub Qaz Dəhlizi”ndən Avropaya daxil olan qazın həcminin iki dəfə (20-25 milyard kubmetrədək) artırılması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti