...

Pərviz Şahbazov “OPEC plus” nazirlərinin 6-cı iclasında iştirak edəcək

Energetika Materials 29 İyun 2019 13:29 (UTC +04:00)
Pərviz Şahbazov 30 iyun tarixində Avstriyanın paytaxtı Vyana şəhərinə səfər edəcək.
Pərviz Şahbazov “OPEC plus” nazirlərinin 6-cı iclasında iştirak edəcək

Bakı. Trend:

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Məhəmməd Sanusi Barkindonun dəvəti ilə Energetika naziri Pərviz Şahbazov 30 iyun tarixində Avstriyanın paytaxtı Vyana şəhərinə səfər edəcək.

Nazirlikdən Trend-ə verilən məlumata görə, P.Şahbazov 01-02 iyul tarixlərində keçiriləcək Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və təşkilata daxil olmayan ölkələrin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 15-ci iclası və nazirlərin 6-cı görüşündə iştirak edəcək.

“OPEC plus” nazirlərinin Vyana görüşündə qlobal neft bazarının təhlili əsasında ilin ikinci yarısı üçün hasilat səviyyəsinə dair qərarın qəbulu məsələsinə baxılacaq.

Qeyd edək ki, 2018-ci ilin dekabrın 7-də Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin V görüşündə neft hasilatının gündəlik 1,2 mln.barrel azaldılması ilə bağlı razılıq əldə olunub. “Əməkdaşlıq Bəyannaməsi”nin icrası 2019-cu ilin I yarısında başa çatır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti