...

Dövlət katibi: Rumıniya Azərbaycanla enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üçün danışıqları bərpa etmək istəyir

Energetika Materials 11 Avqust 2020 20:50 (UTC +04:00)
Dövlət katibi: Rumıniya Azərbaycanla enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üçün danışıqları bərpa etmək istəyir

Bakı. Trend:

Rumıniya "Cənub Qaz Dəhlizi"nin son seqmentinin tikintisinin başa çatmaqda olduğunu nəzərə alaraq ümumi epidemioloji vəziyyət imkan verən kimi Azərbaycan tərəfi ilə danışıqları bərpa etmək niyyətindədir.

Bunu Trend-ə Rumıniya İqtisadiyyat, Energetika və Biznes mühiti Nazirliyinin dövlət katibi Nikulae Havrilet deyib.

O bildirib ki, Rumıniya və Azərbaycan çox möhkəm enerji tərəfdaşlığına malikdir və bu tərəfdaşlıq ölkələr arasında strateji əlaqələrin tərkib hissəsidir.

Dövlət katibinin sözlərinə görə, Rumıniya Azərbaycanın Avropaya qaz tədarükünün təhlükəsizliyin təmin olunmasında vacib rolunu qəbul edir: "Rumıniya əvvəldən "Cənub Qaz Dəhlizi"nin daimi və qəti tərəfdarı olub. Bu layihə artıq sona çatmaq üzrədir və şübhəsiz ki, Avropa bazarına tədarük mənbələrinin və marşrutlarının şaxələndirilməsi üçün vacib əhəmiyyət daşıyır".

N.Havrilet qeyd edib ki, Rumıniya öz növbəsində Bolqarıstan-Rumıniya-Macarıstan-Avstriya (BRUA) boru kəmərinin tikintisi layihəsini reallaşdırmaqla enerji infrastruktur layihələri xəritəsində öz mövqeyini möhkəmləndirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti