...

Şahdəniz qazının Səngəçal terminalı ilə ixracı artıb

Energetika Materials 13 Avqust 2020 14:19 (UTC +04:00)

Bakı. Trend:

6 ay ərzində Səngəçal terminalı təqribən 127 milyon barel neft və kondensat, o cümlədən 111 milyon barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə və 16 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixrac edib.

BP-dən Trend-ə verilən məlumata görə, terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, Şahdəniz qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 101 milyon standart kubmetrdir.

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi sistemi və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

İlk iki rüb ərzində terminaldan həmçinin gündəlik orta hesabla 51,1 milyon standart kubmetrdən çox (təqribən 1 milyard 805 milyon standart kubfut) Şahdəniz qazı ixrac edilib. Ötən ilin eyni dövründə isə gündəlik qaz ixracı 46 milyon kubmetr olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti