Bakı. Ləman Zeynalova - Trend:
Bu günədək “Cənub Qaz Dəhlizi” QSC layihələrdən gələn gəlirlər, nizamnamə kapitalı və borc vəsaitlərindən istifadə etməklə təxminən 10 milyard dollar investisiya yerləşdirib.
Bunu Trend-ə SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib:
“2020-ci il yanvarın 1-dən sentyabrın 30-dək şirkət Cənub Qaz Dəhlizinin layihələrində iştirak payının maliyyələşdirilməsi üçün 102 milyon dollar vəsait sərf edib”.
Qeyd edək ki, "Cənub Qaz Dəhlizi"nə “Şahdəniz-2” qaz yatağı, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələri daxildir.