...

TANAP-la Türkiyəyə qaz tədarükü 7 milyard kubmetrə çatıb

Energetika Materials 13 Noyabr 2020 15:12 (UTC +04:00)
TANAP-la Türkiyəyə qaz tədarükü 7 milyard kubmetrə çatıb

Bakı. Ləman Zeynalova - Trend:

Trans-Anadolu qaz kəməri (TANAP) ilə qaz tədarükünün başladığı 2018-ci il iyunun 30-dan 2020-ci ilin sentyabrınadək tədarük həcmi təxminən 7 milyard kubmetr təşkil edib.

Trend-in məlumatına görə, bunu Türkiyənin Energetika və təbii ehtiyatlar naziri Fatih Dönmez deyib.

O bildirib ki, “Cənub Qaz Dəhlizi”nin Avropa hissəsi olan Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi başa çatıb.

Nazir əlavə edib ki, TAP-ın istismara verilməsi ilə ildə 10 milyard kubmetr Azərbaycan qazı Avropaya nəql olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti