...

“Cənub Qaz Dəhlizi” Bolqarıstanın qaz tələbatının 30 faizini təmin edəcək

Energetika Materials 13 Noyabr 2020 15:50 (UTC +04:00)

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan qazını Avropaya nəql edəcək “Cənub Qaz Dəhlizi” Bolqarıstanın qaz tələbatının 30 faizini, Yunanıstanda 20 faizini, İtaliyanın qaz tələbatının 12 faizini təmin edəcək.

Trend-in məlumatına görə, bunu Trans-Adriatik boru kəməri (TAP) konsorsiumunun icraçı direktoru Luka Skyeppati deyib.

O bildirib ki, “Cənub Qaz Dəhlizi” Avropaya yeni mənbədən və yeni marşrutla qaz nəql edəcək və bununla da Avropanın enerji təhlükəsizliyini və tədarükün şaxələndirilməsini möhkəmləndirəcək:

“Bazar şərtlərindən asılı olaraq TAP sistemdə kiçik dəyişikliklər etməklə buraxılış gücünü ildə 20 milyard kubmetrədək artıra bilər”.

Onun sözlərinə görə, layihə Yunanıstanın cənub-şərqi Avropaya qaz tranzitintə rolunu yüksəldəcək və İtaliyada enerji daşıyıcılarının daha rəqabətqabiliyyətli qiymətlərini təmin edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti