...

"Cənub Qaz Dəhlizi" Avropa ilə Azərbaycan arasında enerji ehtiyatları ticarətinin təmin olunmasına kömək edəcək - Avropa Komissiyası

Energetika Materials 8 Dekabr 2020 18:13 (UTC +04:00)
"Cənub Qaz Dəhlizi" Avropa ilə Azərbaycan arasında enerji ehtiyatları ticarətinin təmin olunmasına kömək edəcək - Avropa Komissiyası

Bakı. Ləman Zeynalova - Trend:

"Cənub Qaz Dəhlizi" Avropanın enerji təhlükəsizliyini artıracaq və qitənin yeni təbii qaz tədarükü mənbələrinə qoşulması hesabına şaxələndirməni və enerji ehtiyatları ilə fasiləsiz ticarəti təmin edəcək.

Bunu Trend-ə Avropa Komissiyasından bildiriblər.

Qeyd olunub ki, bu layihə enerji ehtiyatları ikitərəfli ticarəti daha da möhkəmləndirəcək:

"Azərbaycanın bu layihədə xüsusi rolu "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının 2019-cu ilin fevralında Bakıda keçirilmiş 6-cı nazirlər iclasının Birgə bəyannaməsində vurğulanıb və 2020-ci ildə 7-ci iclasda təsdiqlənib. Eyni zamanda, biz Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi üçün enerji daşıyıcılarının ixracından asılılığının azaldılmasını vacib hesab edirik".

Komissiyadan onu da bildiriblər ki, Avropa İttifaqının Azərbaycandan idxalının 90 faizini qaz və neft təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti