...

Aİ "Cənub Qaz Dəhlizi"nin qərbi Balkan ölkələrinədək genişləndirilməsində maraqlıdır

Energetika Materials 22 Dekabr 2020 10:55 (UTC +04:00)
Aİ "Cənub Qaz Dəhlizi"nin qərbi Balkan ölkələrinədək genişləndirilməsində maraqlıdır

Bakı. Ləman Zeynalova - Trend:

Avropa İttifaqı (Aİ) "Cənub Qaz Dəhlizi"nin qərbi Balkan ölkələrinədək genişləndirilməsi məsələsində maraqlıdır.

Trend-in məlumatına görə, bunu Aİ-nin qonşuluq və genişlənmə məsələləri üzrə komissarı Oliver Varheli deyib.

O bildirib ki, Aİ energetika, ticarət, investisiyalar və kommunikasiya sahələrində Azərbaycanın aparıcı tərəfdaşıdır:

"Cənub Qaz Dəhlizi"nin bu il tikintisinin başa çatmasını nəzərə alaraq, biz layihənin qərbi Balkan ölkələrinədək genişləndirilməsi məsələsini tədqiq etməkdə maraqlıyıq".

Qeyd edək ki, "Cənub Qaz Dəhlizi" ilə ilk Azərbaycan qazının 2020-ci ilin sonunadək yola salınması gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti