...

Milli Məclis enerji resursları barədə yeni qanun layihəsini birinci oxunuşda qəbul edib

Energetika Materials 22 İyun 2021 13:08 (UTC +04:00)
Milli Məclis enerji resursları barədə yeni qanun layihəsini birinci oxunuşda qəbul edib

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndinə uyğun olaraq enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət siyasətinin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir, bu sahədə dövlət orqanlarının (qurumlarının), fiziki və hüquqi şəxslərin fəaliyyətini və onlar arasında yaranan münasibətləri tənzimləyir.

Bu qanun enerjinin istehsalı, saxlanması, ötürülməsi, paylanması, satışı və istehlakı sahəsində yaranan münasibətləri tənzimləyir və bu sahədə fəaliyyət göstərən dövlət orqanlarına (qurumlarına), fiziki və hüquqi şəxslərə, o cümlədən son istehlakçılara şamil olunur.

Yeni qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti