...

"Brent" markalı neftin qiyməti 2018-ci ilin oktyabrından ilk dəfə 77 dolları ötüb

Energetika Materials 5 İyul 2021 22:37 (UTC +04:00)
"Brent" markalı neftin qiyməti 2018-ci ilin oktyabrından ilk dəfə 77 dolları ötüb

Bakı. Trend:

"Brent" markalı neftin sentyabr fyuçerslərinin qiyməti Londonun "ICE" birjasında saat 20:16 üçun (Bakı vaxtı) 1,1 faiz artaraq 77 dollar/barel təşkil edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, saat 20:30 üçun (Bakı vaxtı) "Brent" markalı neftin qiyməti artmağa davam edib və 77,08 dollar/barel səviyyəsinə çatıb.

Son dəfə "Brent" markalı neft qiyməti 2018-ci ilin 29 oktyabr tarixində 77 dollardan çox olub.

"WTI" markalı neftin sentyabr fyuçerslərinin qiyməti isə 1,35 faiz artaraq 75,36 dollar/barel təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti