Bakı. Trend:
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Türkiyənin BOTAŞ şirkəti İğdır-Naxçıvan qaz kəmərinin tikintisi ilə bağlı danışıqlar aparır.
Bu barədə Trend-ə Türkiyənin Energetika və Təbii Ehtiyatlar Nazirliyindən bildiriblər.
Qeyd olunur ki, yaxın zamanlarda tərəflər tikinti ilə danışıqları başa vuracaq.
Qeyd edək ki, 2020-ci il dekabrın 15-də Azərbaycan və Türkiyə İğdır-Naxçıvan qaz kəməri layihəsi ilə bağlı anlaşma memorandumu imzalayıb. Qaz kəmərinin buraxılış gücü ildə 500 milyon kubmetr təşkil edəcək.
(Tərcümə: Orxan Nəbiyev)