...

Azərbaycan qazını Bolqarıstana daşıyacaq kəmərin infrastruktur sınaqları başlayıb

Energetika Materials 30 Oktyabr 2021 12:37 (UTC +04:00)
Azərbaycan qazını Bolqarıstana daşıyacaq kəmərin infrastruktur sınaqları başlayıb

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) tikintisini həyata keçirən ICGB AD şirkəti qaz kəmərinin marşrutu boyunca infrastrukturun sınaqlarına başlayıb.

Bu barədə Trend-ə şirkətdən bildiriblər.

Qeyd olunub ki, interkonnektorun tikintisi ilə bağlı bütün əsas işlər fəal şəkildə davam edir: "Oktyabrın ikinci yarısında Yunanıstan ərazisində infrastrukturun hidrosınaqları başlayıb. Tezliklə, bu prosesin IGB-nin Bolqarıstan ərazisindəki marşrutu üzrə başlanması gözlənilir".

Şirkətdən onu da bildiriblər ki, hidrosınaqlar qaz kəməri sınaqlarının ən vacib mərhələlərindən biridir. Bu prosedur infrastrukturun layihələndirmə zamanı müəyyən edilən parametrlərə uyğun olub-olmamasını yoxlamağa imkan verir.

Qeyd edək ki, IGB layihəsi "Şahdəniz 2" yatağından hasil olunan Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutur. Layihənin ilkin buraxılış gücü ildə 3 milyard kubmetr təşkil edəcək. Gələcəkdə bu göstəricinin ildə 5 milyard kubmetrədək artırılması planlaşdırılır.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti