...

Avropada elektrik enerjisinin qiymətləri rekord həddə çatıb

Energetika Materials 21 Dekabr 2021 00:17 (UTC +04:00)
Avropada elektrik enerjisinin qiymətləri rekord həddə çatıb

Bakı. Trend:

Avropa bazarlarında elektrik enerjisinin qiyməti rekord səviyyəyə çatır.

Trend xəbər verir ki, bu Nord Pool elektrik birjasının məlumatlarına əks olunub.

Fransada 1 meqavat-saata orta sutkalıq qiymət 442,88 avroya, Almaniyada 431,98 avroya çatıb - söhbət rekord rəqəmlərdən gedir. Digər ölkələrdə də qiymət artır - Belçika və Avstriyada da bu rəqəm 430 avronu keçir.

Elektrik enerjisi gözlənilən soyuqlar fonunda bahalaşıb - sinoptiklərin fikrincə, bu həftə bir sıra Avropa paytaxtlarında temperaturun sıfırdan aşağı düşməsi müşahidə olunacaq və bu, tələbatın artmasına səbəb olacaq. Vəziyyəti Fransada külək elektrik stansiyalarının aşağı istehsalı və nüvə enerjisi istehsalında fasilələr, həmçinin Rusiya qazının tədarükünün azalması ilə daha da ağırlaşdırır.

Avropada qaz bu il təxminən 600 faiz bahalaşıb. Enerjinin bahalaşması, öz növbəsində, inflyasiyanı sürətləndirib və bu, artıq koronavirusun yeni ştammı təhlükəsi ilə üzləşmiş ölkələr üçün problemə çevrildi. Mütəxəssislər artıq qışın soyuq keçəcəyi təqdirdə Avropanın elektrik enerjisinin verilməsində fasilələr olacağı ilə bağlı xəbərdarlıq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti