...

Rusiya Afrikada qaz kəmərinin tikintisini maliyyələşdirmək niyyətindədir

Energetika Materials 4 May 2022 06:55 (UTC +04:00)
Rusiya Afrikada qaz kəmərinin tikintisini maliyyələşdirmək niyyətindədir

Bakı. Trend:

Rusiya Mərakeşlə birgə qaz kəmərinin tikintisini maliyyələşdirmək niyyətindədir.

Trend "Reuters" agentliyinə istinadla xəbır verir ki, bu barədə Niqeriyanın energetika naziri Çif Timpire Silva bildirib.

Onun sözlərinə görə, Rusiya nümayəndələri ötən həftə nazirin ofisində olublar.

"Onlar bu layihəyə sərmayə qoymağa çox həvəslidirlər və layihəyə sərmayə qoymaq istəyən bir çox başqa insanlar da var. Qaz kəməri Afrikanı Avropa ilə birləşdirəcək və onun uzunluğu 5660 kilometr olacaq və bu, dünyanın ən uzun kəməri olacaq", - nazir qeyd edib.

Timpire Silvanın sözlərinə görə, Nigeriya prezidenti Məhəmməd Buhari prezidentlik müddəti bitməmiş, 2023-cü ilin mayınadək tikintiyə başlamaq niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti