...

Çində karantinin yumşaldılması nefti bahalaşdırıb

Energetika Materials 5 Dekabr 2022 10:00 (UTC +04:00)

Bakı. Trend:

Dünya birjalarında neftin qiyməti bahalaşıb.

Trend “Praym”a istinadən xəbər verir ki, Brent markalı neftin fevral fyuçerslərinin qiyməti 0,82% artaraq 86,27 dollar/barelə, WTI markalı neftin yanvar fyuçersləri 0,85% artaraq 80,66 dollara çatıb.

Məlumata görə, bahalaşmaya Çində koronavirus siyasətinin zəifləməsi təsir edib. Belə ki, ötən həftə Çin Baş nazirinin müavini Sun Çunlan COVID-19-a qarşı tədbirlərin daha da sadələşdirilməsinə çağırıb. Bundan sonra Çin hökuməti ölkədə koronavirus üçün test tələblərini yüngülləşdirib, həmçinin, bir sıra müəssisələrin işi bərpa edilib.

Bundan başqa, "OPEC+"un gündəlik neft hasilatını 2 milyon barel azaltmağa davam etmək qərarı da dünya bazarlarında qiymətlərə təsir edib.

Xatırladaq ki, OPEC+ noyabr ayından hasilatı azaldıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti