...

ABŞ dövlət katibinin köməkçisi Azərbaycana səfər edəcək

Energetika Materials 30 May 2023 21:13 (UTC +04:00)
ABŞ dövlət katibinin köməkçisi Azərbaycana səfər edəcək
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ dövlət katibinin Enerji Resursları Bürosu üzrə köməkçisi Ceffri Payett mayın 30-dan iyunun 2-dək Azərbaycanda səfərdə olacaq.

Trend xəbər verir ki, ABŞ Dövlət Departamentinin məlumatında bildirilib ki, o, 28-ci illik Bakı Enerji Həftəsində iştirak edəcək.

C.Payett enerji təhlükəsizliyi və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi imkanlarını müzakirə etmək üçün Azərbaycan hökumətinin rəsmiləri ilə görüşəcək.

Dövlət katibinin köməkçisi təmiz enerji keçidini sürətləndirilməsi zamanı qlobal enerji təchizatını sabitləşdirmək üçün gələcək beynəlxalq əməkdaşlığı təşviq etmək məqsədilə digər ölkələrin və təşkilatların enerji rəsmiləri ilə də görüşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti