...

Azərbaycan neftinin qiyməti 79 dolları ötüb

Energetika Materials 20 İyun 2023 11:57 (UTC +04:00)
Azərbaycan neftinin qiyməti 79 dolları ötüb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

İyunun 19-da İtaliyanın Auqusta limanında CIF bazisi üzrə Azərbaycanın "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,56 bahalaşaraq 79,14 dollar olub.

Trend bu barədə ölkənin neft-qaz bazarındakı mənbəyə istinadən xəbər verir. Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,56 dollar bahalaşaraq 77,68 dollar olub.

Azərbaycanın Rusiyanın Qara dənizdəki Novorossiysk limanından Bakı-Novorossiysk boru kəməri ilə satdığı URALS markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 0,36 dollar bahalaşaraq 53,95 dollar olub.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin bir barelinin qiyməti iyunun 19-da 0,21dollar bahalaşaraq 75,47dollar olub.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti