...

İlin 1-ci yarısında IGB vasitəsilə tədarüklərin həcmi açıqlanıb - TƏFƏRRÜAT

Energetika Materials 30 Avqust 2023 16:18 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) ilə qaz nəqlinin həcmi may ayındakı 1 milyon 71 min 576 meqavatt-saatla müqayisədə, iyun ayında 1 milyon 178 min 785 meqavatt-saat olub.

Bu barədə Trend-ə qaz kəmərinin operatoru olan ICGB şirkətindən bildiriblər.

Beləliklə, iyun ayında interkonnektorla tədarüklərdə öncəki ayla müqayisədə 10 faiz artım qeydə alınıb.

Aşağıdakı cədvəldə ilin birinci yarısında nəql olunan qazın həcminə dair aylıq məlumatlar əks olunub:

Ay

Nəql olunan qazın həcmi (meqavatt-saat)

Yanvar

1,305,818

Fevral

1,777,260

Mart

1,300,982

Aprel

1,207,676

May

1,071,576

İyun

1,178,785

Yekun

7,842,099

Bu müddət ərzində nəql olunan qazın həcmi fevral ayında 1 milyon 777 min 260 meqavatt-saatla pik həddə çatıb, ən aşağı səviyyə isə 1 milyon 71 min 576 meqavatt-saat olmaqla, may ayında qeydə alınıb.

Qeyd edək ki, Yunanıstan-Bolqarıstan interkonnektoru 1 oktyabr 2022-ci il tarixindən kommersiya tədarükünə başlayıb.

Bolqarıstana təbii qaz nəqlinin diversifikasiyalaşdırılması üçün ilk marşrut olan IGB tədarükün daha yüksək təhlükəsizliyinə və mənbələrin müxtəlifliyinə zəmanət verməklə, təbii qaz bazarında rəqabətə mühüm töhfə verir ki, bu da ölkədəki müəssisələr və daxili istehlakçılar üçün qiymətlərin optimallaşdırılmasının vacib şərtidir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti